AZ

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb - DİN

Bakı. Trend:

Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 22, əvvəlkidövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, axtarışda olan 175 nəfər, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.

Əməliyyat nəticəsində narkotiklərlə bağlı 2, qanunsuz saxlanılansilah və sursatla bağlı isə 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Ailəsi məlumatlandırılmadan yaşadığı ünvanı tərk etdiyinə görəitkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrətəhvil verilib.

Seçilən
185
3
az.trend.az

10Mənbələr