AZ

Fransadan Putinin iqamətgahına hücumla bağlı açıqlama: Heç bir dəlil yoxdur

Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına dronlarla hücum etdiyinə dair inandırıcı dəlil yoxdur.

Publika.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makrona yaxın mənbə nəşrə bildirib ki, Rusiyanın Ukraynaya intensiv hücumları ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə qarşı çıxması deməkdir.

"Məlumatı tərəfdaşlarımızla yoxladıqdan sonra məlum oldu ki, Rusiya hakimiyyətinin ciddi ittihamlarını dəstəkləyən heç bir inandırıcı dəlil yoxdur. Rusiya hakimiyyətinin özü əslində baş verənlərlə bağlı bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar yayır", - deyə mənbə qeyd edib.

Seçilən
93
34
publika.az

10Mənbələr