AZ

Elçibəyin əkiz nəvələrinin şəkli YAYILDI

Modern.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəkillərini paylaşıb.Modern.az xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır.Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar. Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
4
modern.az

10Mənbələr