AZ

"Qalatasaray" Almaniya millisinin üzvü üçün təklif göndərdi

"Hoffenhaym"də çıxış edən Umut Tohumcu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumatt yayıb.

"Sarı-qırmızılar" Tohumcunu 5 milyon avroluq məcburi olmayan satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. İstanbul nəhəngi 21 yaşlı yarımmüdafiəçi üçün onun klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Umut Tohumcu "Hoffenhaym"ın yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
156
37
sportal.az

10Mənbələr