Türkiyənin “Fənərbağça” klubu heyətini İtaliya A Seriyasında çıxış edən iki futbolçu ilə gücləndirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi “Latsio”nun yarımmüdafiəçisi Matteo Genduzi və “Milan”ın hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
Mənbənin məlumatına əsasən, fransalı futbolçuların transferi istiqamətində danışıqları “Fənərbağça”nın idman direktoru Devin Özek aparır.
Qeyd edək ki, Matteo Genduzi 2023-cü ilin avqust ayından “Latsio”nun formasını geyinir. Nüfuzlu “Transfermarkt” portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 28 milyon avro təşkil edir. Kristofer Nkunku isə cari mövsümün əvvəlində “Çelsi”dən “Milan”a transfer olunub. Onun keçidi üçün İtaliya klubu 37 milyon avro ödəyib.