"Qalatasaray" rəhbərliyi transfer işlərini sürətləndirmək üçün İtaliyaya yollanıb.
Offsideplus.az xəbər verir ki, Abdullah Kavuçku və Uğur Yıldız Milan şəhərindədir.
İtaliyalı insayder Canluka Di Martsionun verdiyi məlumata görə, "sarı-qırmızılar"ın hədəfində 5 futbolçu var:
Ademola Lukman, Ederson (hər ikisi "Atalanta"), Davide Frattezi ("İnter"), Yussuf Fofana ("Milan") və Kinan Deyvis ("Udineze").
Klub rəhbərliyi buradan ən az bir transferlə qayıtmaq istəyir.