AZ

"Barselona" "İnter"in müdafiəçisini transfer etmək istəyir

İspaniyanın "Barselona" klubu, "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə maraqlanmağa davam edir.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi italiyalı futbolçu üçün rəqabətə qatıldığını bəyan edib. 

Mənbənin verdiyi məlumata görə, hazırda tərəflər arasında 26 yaşlı futbolçunun "Barselona"ya keçidi ilə bağlı açıq müzakirələr aparılmır. Hər şey "Barselona"nın maliyyə imkanlarından asılı olacaq.

Bastoni'nin transfer dəyəri 70-80 milyon avro arasında qiymətləndirilir. Həmçinin, italyan müdafiəçisi "İnter"lə müqaviləsini uzatmaq üçün danışıqlar aparır.

Cari mövsümdə Bastoni bütün turnirlərə 20 matçda çıxıb, 1 qol vurub və 5 asist edib. O, hazırda "İnter"lə 2028-ci ilə qədər müqaviləyə sahibdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avro təşkil edir.

Seçilən
136
3
90deqiqe.az

10Mənbələr