Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib.
İki minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 4-nün durumu orta-ağırdır, yüngül xəsarət alan 4 nəfər isə həkim müayinəsindən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media