AZ

Mareska "Çelsi"dən futbolçularla vidalaşmadan ayrılıb

"Çelsi"nin baş məşqçisi Entso Mareska futbolçuları ilə vidalaşmadan komandadan ayrılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

İtaliyalı çalışdırıcı Premyer Liqada "Bornmut"la 2:2 hesablı heç-heçədən sonra keçirilən oyunsonrası mətbuat konfransında iştirak etməyib. Mareska oyundan sonra paltarını dəyişib və oyunçulara bir kəlmə də demədən stadionu tərk edib. Oyunçular nə baş verdiyindən "Stemford Bridc"dən evə gedərkən xəbər tutublar.

İspaniyalı mütəxəssis London təmsilçisinin sükanı arxasında ümumilikdə 92 qarşılaşmaya çıxıb. Bu oyunlarda komanda 55 qələbə qazanıb, 16 heç-heçə edib və 21 məğlubiyyətlə üzləşib.

Mareskanın rəhbərliyi dövründə "zadəganlar" Avropa Konfrans Liqasının və Klublararası Dünya Kubokunun qalibi olmağı bacarıblar. 

Seçilən
22
47
fanat.az

10Mənbələr