AZ

"Barselona"ya qayıdır

style='margin-bottom:10px;'>

"Barselona" portuqaliyalı müdafiəçi Joao Kanselonu geri qaytaracaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu "Əl-Hilal"dan icaəyə götürəcək. Tərəflər artıq transferlə bağlı razılıq əldə ediblər. 

"Barselona" Kanselo ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq. Klub bunun üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 4 milyon avro ödəyəcək.

Kanselo 2024-cü ilin yayından bəri "Əl-Hilal"da oynayır. Bu mövsüm müdafiəçi komanda ilə bütün yarışlarda 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Joaonun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, əvvəllər "İnter" və "Barselona"da oynayıb.

Seçilən
93
2
teleqraf.com

3Mənbələr