AZ

“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi

style='margin-bottom:10px;'>

Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb.

QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb. Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.

Seçilən
106
6
teleqraf.com

10Mənbələr