AZ

Cəbrəyılda minaya düşən şəxsin vəziyyəti açıqlanıb

Bu gün saat 13:00 radələrində Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədəFüzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, işgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.

Seçilən
123
5
aznews.az

10Mənbələr