Tbilisi, 10 yanvar, AZƏRTAC
Fevralın 6-8-də Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçiriləcək.
Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu mötəbər yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. İdmançılarımız hazırda Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edirlər. A.Allahverdiyevin sözlərinə görə, Tbilisidə keçirilən yarış Azərbaycan idmançıları üçün hazırlıq xarakteri daşıyır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi