İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya səfər edəcək.
APA xəbər verir ki, bu barədə “AİA Global” məlumat yayıb.
Səfərin bir gün davam edəcəyi bildirilir.
Qeyd edilib ki, Gideon Saar Bakıda bir sıra görüşlər keçirəcək, Azərbaycanın xarici işlər naziri ilə danışıqlar aparacaq. O, bundan Qazaxıstana gedəcək.