“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) artıq neft hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qeyd olunan yataqlarda 508,6 milyard kubmetr qaz hasil edilib.
Qeyd olunur ki, hesabat dövründə AÇG-dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb.
“Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib”, - məlumatda qeyd olunub.