“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
QOL.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
"Sumqayıt" hazırda Misli Premyer Liqasında 27 xalla 5-cidir. "OFK Belqrad" isə Serbiya Superliqasında 25 xalla 9-cudur.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.