AZ

Azərbaycandan Avropaya qaz ixarcının həcmi məlum olub

Bakı. Trend:

Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr təbii qazixrac edilib.

Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ötən il AzərbaycandanAvropaya qaz ixracı 0,1 milyard kubmetr və ya 0,8% azalıb.

Belə ki, 2024-cü ildə Azərbaycandan Avropaya 12,9 milyardkubmetr təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetrtəbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri“Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isəSOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı isə 25,2 milyard kubmetr təşkil edib.Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə(o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetrGürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

Məqalədə:
Seçilən
53
12
az.trend.az

10Mənbələr