Ötən il Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz çoxdur.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edərək 2024-cü ildəki səviyyə ilə eyni qalıb. Qaz ixracının 12,8 milyard kubmetri Avropaya (0,78 faiz azalma), 9,6 milyard kubmetri Türkiyəyə (3,03 faiz azalma) (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetri Gürcüstana (4,17 faiz azalma), 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.