AZ

Əli Kərimlinin sağ əli də DTX yə çağırıldı

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

AXCP fəalı Fuad Qəhrəmanlı "Ramiz Mehdiyev işi" ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə çağırılıb.  

"Cebheinfo.az" xəbər verir ki,  bu barədə  F.Qəhrəmanlı özü sosial şəbəkə səhifəsində yazıb.

"İdarədən  zəng edib "Ramiz Mehdiyev işi" ilə bağlı ifadə almaq üçün məni  idarəyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefon vasitəsilə ilə cavablandırmağa hazıram".

Xatırladaq ki, F. Qəhrəmanlı xeyli müddətdir ki, Fransadadı. AXCP sədri Əli Kərimli "Ramiz Mehdiyev işi" çərçivəsində həbs olunub. 

Xəzər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
94
14
cebheinfo.az

10Mənbələr