AZ

Ölkə kubokunda mövsümə start verilir

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Basketbol üzrə ölkə kubokunda mövsümə bu gün start veriləcək."Football-plus.az" xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsinin iki oyunu keçiriləcək.Saat 17.00-da "Naxçıvan" - "Quba", 20.00-da "Neftçi" - "Lənkəran" qarşılaşmaları təşkil olunacaq. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. Sabah "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti mərhələdə "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu oyunlar fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
9
icma.az

10Mənbələr