AZ

Bu istiqamətdə endirimli qiymətlə əlavə reyslər təyin edildi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edib.

Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Xatırladaq ki, yanvarın 5-dən Bakı-Ağstafa-Bakı ekspres tipli qatar biletinin qiymətinə 10% endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
22
axar.az

10Mənbələr