Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlərnaziri Ararat Mirzoyan Vaşinqtonda Tramp Beynəlxalq Sülh və RifahMarşrutunun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək üçüngörüşüblər.
Trend-in ABŞDövlət Departamentinə istinadən verdiyi məlumata görə, qurumsənədin mətnini açıqlayıb. Bildirilir ki, bu sənədCənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ciildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsiistiqamətində atılan son addımdır.
Qeyd olunur ki, çərçivə Ermənistan ərazisində maneəsiz,multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRIPP-infəaliyyətə başlaması üçün konkret bir yol göstərir.
Vurğulanır ki, Azərbaycanın əsas hissəsini və Naxçıvan MuxtarRespublikasını birləşdirən TRIPP Transxəzər Ticarət Marşrutundavacib bir əlaqə yaradır.
“Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci iltarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiq edilmişprinsipləri əks etdirən TRIPP icra çərçivəsi TRIPP-in ümumi uğuruüçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığınvacibliyini vurğulayır. TRIPP-in əsas məqsədi regional ticarət vəəlaqələri genişləndirməklə, eləcə də Mərkəzi Asiya və Xəzərdənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqlaErmənistan və Azərbaycanın rifahını və təhlükəsizliyinigücləndirmək, Amerika ticarətini daha da inkişaf etdirməkdir”,-deyə açıqlamada qeyd olunur.