Bakı. Trend:
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iləəlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi,sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədiləgücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qatarların sürət həddi hava şəraitinə uyğunolaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxmahalları müşahidə oluna bilər.
"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarıvə dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadəetmələri xahiş olunur",-məlumatda bildirilib.