AZ

ADY hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

ADY

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qurumdan 1news.az-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə qatarların sürət həddi mövcud hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qatarların hərəkət qrafikindən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Məlumata görə, sərnişinlərdən platformalarda hərəkət zamanı diqqətli olmaları, həmçinin dəmiryol xətlərini keçərkən yalnız müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

Seçilən
20
22
1news.az

10Mənbələr