AZ

"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu - RƏSMİ

2-ci liqada mübarizə aparan "Xankəndi"nin yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komanda Zaur Hacıyevə həvalə olunub. O, bu vəzifədə İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan Zaur Hacıyev uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib. O, son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi işləyib.

Xatırladaq ki, "Xankəndi" hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-ci pillədədi. Lider "Qaradağ Lökbatan" da eyni xala sahibdi.

Seçilən
59
1
football-plus.az

3Mənbələr