AZ

Azərbaycan- İtaliya elektron ticarətdə gömrük təcrübəsi mübadiləsini müzakirə edib

Bakı.Trend:

Yanvarın 14-də Dövlət Gömrük Komitəsində İtaliya RespublikasınınGömrük və İnhisarçılıq Agentliyinin Beynəlxalq Əlaqələr Ofisininrəhbəri Andrea Mazzellanın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və İtaliya gömrükorqanları arasında mövcud əməkdaşlığın inkişaf perspektivləribarədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, risklərin idarəolunması, gömrük hüquqpozmalarına qarşı mübarizə, süni intellektintətbiqi ilə həyata keçirilən gömrük prosedurları, elektron ticarətsahəsində iki ölkənin gömrük orqanlarının qarşılıqlı təcrübəmübadiləsi imkanları müzakirə edilib.

Sonda İtaliya Respublikasının Gömrük və İnhisarçılıqAgentliyinin Beynəlxalq Əlaqələr Ofisi və AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıqİdarəsi arasında Niyyət Bəyanatı imzalanıb.

Seçilən
45
4
az.trend.az

6Mənbələr