ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanadalı aktyor Kifer Sazerlend Hollivudda taksi sürücüsünə hücum etməkdə şübhəli bilinərək həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Los Angeles Times məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə bazar ertəsi gecəsi baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənin ciddi xəsarət almadığını bildiriblər.
Sazerlend hadisə yerində həbs edilib və şəhər həbsxanasına aparılıb, daha sonra 50.000 dollar girov müqabilində azadlığa buraxılıb.
Məhkəmə iclası 2 fevrala təyin edilib./ucnoqta.az
Oxunub 22
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.