AZ

ABŞ Azərbaycana da viza qadağası tətbiq etdi Təcili

ain.az bildirir, Bakupost portalına istinadən.

Xəbər verdiyimiz kimi, ABŞ 75 ölkənin vətəndaşlarına vizaların verilməsini dayandırıb.

Bakupost.az xəbər verir ki, Dövlət Departamenti vizaların verilməsinin dayandırılmasının səbəblərinə aydınlıq gətirib.

Bildirilib ki, qadağa yalnız immiqrant vizalarına aiddir.

"Dövlət Departamenti miqrantları Amerika xalqının hesabına qəbuledilməz dərəcədə yüksək sosial müavinət alan 75 ölkədən immiqrant vizalarının emalını dayandıracaq", - məlumatda vurğulanıb.

Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d'İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.

Asena,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
121
9
www.bakupost.az

10Mənbələr