Vaşinqton, 15 yanvar, AZƏRTAC
ABŞ-ın miqrasiya vizalarını verməyi dayandırdığı 75 ölkənin adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, həmin ölkələr aşağıdakılardır:
Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kuba, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Kot d’İvuar, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Ruanda, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən.
22:00
ABŞ 75 ölkədən miqrant vizaları üçün müraciət qəbulunu dayandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlayıb. Yeni qərara əsasən, ABŞ-da yaşayarkən dövlət yardımına ehtiyacı ola biləcək 75 ölkənin vətəndaşları üçün vizaların qəbulu aparılmayacaq.
Dayandırma 21 yanvardan başlayacaq və qeyri-miqrant, müvəqqəti turist və ya iş vizası almaq istəyənlərə şamil edilməyəcək. Bəyanatda fasilənin hansı ölkələrin nəzərdə tutulduğu açıqlanmayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton