AZ

"Zirə" Ukrayna və Çexiya klubları ilə üz-üzə

style='margin-bottom:10px;'>

"Zirə" Antalya toplanışı çərçivəsində bu gün daha iki yoxlama oyunu keçirləcək.

QOL.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.  "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

Seçilən
28
1
teleqraf.com

6Mənbələr