AZ

"Zirə" Ukrayna və Çexiya klubları ilə üz-üzə qarşılaşacaq

"Zirə" Antalya toplanışı çərçivəsində bu gün daha iki yoxlama oyunu keçirləcək.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək."Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

"Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Seçilən
17
1
sportinfo.az

7Mənbələr