“Fədayə mənim yanıma gələndə cəmi 10-15 mahnı bilirdi”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Günə uğurla” verilişində deyib. İfaçı bir vaxtlar qalmaqal yaşadığı duet ortağı Fədayə Laçınla bağlı açıqlama verib:
“Onu sənətkar kimi yetişdirən mənəm”.
Qeyd edək ki, T.Şahmalıoğlunun bir müddət əvvəl Fədayə haqda “Onun müəllimi olmuşam” açıqlaması bacısı İlahə Fədanın xoşuna gəlməmişdi. Onlar arasında buna görə qalmaqal yaşanmışdı.