ABŞ Prezidenti Donald Tramp İranın 800 etirazçının planlaşdırılan edamını ləğv etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə “TruthSocial” platformasında yazıb.
“Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsinə dərin hörmətlə yanaşıram. Təşəkkür edirəm”, – Tramp bildirib.
Qeyd edək ki, ötən gün keçirilən müntəzəm mətbuat brifinqində Ağ Evin mətbuat katibi Kerolin Livitt də bu məlumatı təsdiq edib.
