AZ

Afaq Bəşirqızı uzun müddət sonra səhnəyə qayıdır

Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsində çıxış edəcək. 

KONKRET.az axsam.az-a istinadən xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda “Zal qızı Zalxa” tamaşasında rol alacaq.

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı yanvarın 30-da tamaşaçılarla görüşəcək. Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.

 

Seçilən
126
13
konkret.az

10Mənbələr