AZ

Demçenko: “14 günə möcüzə yaratmaq mümkün deyil” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko bu gün Birinci Liqa təmsilçisi “Zaqatala”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmuş görüşü naxçıvanlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ukraynalı mütəxəssis matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Onun sözlərinə görə, bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq məqsədi daşıyıb:

“Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq”.

Andrey Demçenko yaxşı qollar vurduqlarını bildirib:

“Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik. Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
11
arena.az

10Mənbələr