AZ

“Fənərbağça” maliyyə müstəqilliyini elan etdi! – ARENA.AZ

Türkiyənin “Fənərbaxça” klubu bütün borclarını ödəyərək maliyyə müstəqilliyi yolunda mühüm addım atdığını bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi bəyanat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi Banklar Birliyi ilə saziş çərçivəsində olan 69 milyon avroluq borcunu tamamilə ödəyərək anlaşmadan rəsmən ayrılıb.

Klubun yaydığı rəsmi açıqlamada deyilir:

“Klubumuz Banklar Birliyi çərçivəsindəki borclarını bu gün etibarilə tamamilə bağlayıb və qurumdan ayrılıb. Bu addım klubumuzun maliyyə müstəqilliyi və dayanıqlı gələcəyi naminə önəmli bir mərhələnin geridə qoyulduğunu göstərir. Prosesdə əməyi keçən hər kəsə təşəkkür edir, camiəmizə xeyirli olmasını diləyirik”.

Xatırladaq ki, Banklar Birliyi ilə imzalanmış saziş Türkiyə klublarının maliyyə idarəçiliyini nəzarətdə saxlayırdı. “Fənərbağça” rəhbərliyi uzun müddətdir ki, bu anlaşmadan çıxaraq tam maliyyə sərbəstliyi əldə etməyi hədəfləyirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
39
5
arena.az

10Mənbələr