AZ

Sumqayıtda 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib

Sumqayıt şəhərinin Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki,1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı zəhərlənmə diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
88
8
far.az

10Mənbələr