AZ

TƏBİB zəhərlənənlərin vəziyyətini açıqladı: ikisi ağırdı

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

22.01.2026-cı il tarixində saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.Qeyd edilib ki, pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxslərin vəziyyətləri qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıblar.Məlumata görə, 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.

Xatırladaq ki, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
modern.az

10Mənbələr