AZ

34 yaşlı kişi əməliyyatda ÖLDÜ

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.

Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.

Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
64
6
olaylar.az

10Mənbələr