AZ

34 yaşlı kişi əməliyyat zamanı VƏFAT ETDİ

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

Bizim.Media xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.

Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.

Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
98
6
bizim.media

10Mənbələr