AZ

Qusarda dəm qazından zəhərlənənlərlə bağlı RƏSMİ AÇIQLAMA

07.01.2026-cı il tarixində saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Ölkə.az xəbər verir ki, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxs yaxınlarının istəyilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.


Qeyd edək ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Seçilən
84
45
olke.az

10Mənbələr