Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.
Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.
Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"