AZ

Şəkidəki ölüm hadisəsi ilə bağlı xəstəxanadan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə İNSİDENT - 26 yaşlı oğlan tərəfindən döyüldü, xəstəxanada HƏYATINI İTİRDİ


Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, təcili tibbi yardım şöbəsinə 1960-cı il təvəllüdlü (kişi) şəxs hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlər göstərilib.
 

Vəziyyəti ağır olan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bu gün saat 12:10 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb. Mərhum Səttar Nəbiyev bu gün axşam saatlarında İncə kənd qəbiristanlığında dəfn olunub.


Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
58
2
bizim.media

10Mənbələr