AZ

Polis 22 qumbara aşkarladı

BAKI, 22 yanvar. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng, 20 patron darağı və 1146 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
63
7
teleqraf.com

10Mənbələr