AZ

Lənkəranda Birinci Qarabağ müharibəsi iştirakçısının meyiti tapıldı

Lənkəranda 52 yaşlı kişinin meyiti tapılıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Lənkəran rayonunun Osaküçə kəndində, tövlədə 1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ülvi Bayramov 1-ci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Turab

Seçilən
30
nocomment.az

1Mənbələr