AZ

Gəncədə veteranların binası yandı

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki sözügedən ərazidə yerləşən Dəmiryolu veteranlarına məxsus binada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində alovun qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
2
unikal.az

3Mənbələr