AZ

"Qarabağ"ın rəqibi bu iki nəhəng klubdan biri ola bilər

UEFA Çempionlar Liqasında hazırkı mövqeyinə görə, "Qarabağ"ın 1/16 finaldakı mümkün rəqibi açıqlanıb. Metbuat.az xəbər verir ki, "Qalatasaray" və ya "Qarabağ" klublarından biri "Yuventus" və ya "Borussiya Dortmund" klublarından biri ilə rəqib olacaq. Yəni ki, əgər Liqa mərhələsinin növbəti turunda da mövqelər dəyişməzsə, "Qarabağ" klubu ya "Yuventus", ya da "Borussiya Dortmund" ilə rəqib olacaq.Qeyd edək ki, "Qarabağ" 7 turdan sonra 10 xalla 18-ci pillədə qərarlaşıb. Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmək şansı öz əlindədir. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VIII turda İngiltərədə keçiriləcək "Liverpul"la qarşılaşmada xal qazansa, digər görüşlərin nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edəcək."Qarabağ" "Liverpul"a uduzsa belə, pley-off şansı yüksəkdir. Yalnız 9 kollektivin "köhlən atlar"a çatmaq ehtimalı var. Bunlar 19-cu sıradakı "Marsel" (Fransa, 9 xal), 20-ci yerdəki "Bayer 04" (Almaniya, 9 xal), 21-ci mövqedəki "Monako" (Fransa, 9 xal), 22-ci pillədəki PSV (Niderland, 8 xal), 23-cü olan "Atletik" (8 xal), 24-cü "Olimpiakos" (Yunanıstan, 8 xal), 25-ci "Napoli" (İtaliya, 8 xal), 26-cı "Kopenhagen" (Danimarka, 8 xal) və 27-ci "Brügge"dir (Belçika, 7 xal).28-ci sıradakı "Budyo Qlimt" (Norveç, 6 xal) və ondan aşağı pillələrdə yer alan digər klubların isə təmsilçimizə çatmaq şansı qalmayıb.

"Qarabağ" sonuncu turda məğlub olarsa, adıçəkilən 9 klubdan üçünün xal itirməsini gözləməlidir. Onlardan ən azı birinin xal itirəcəyi dəqiqdir. Çünki VIII turda "Marsel" Belçikada "Brügge"nin qonağı olacaq.

Seçilən
28
5
metbuat.az

6Mənbələr