AZ

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünü keçirəcək

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü bu gün keçirəcək.

"Report" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Danimarka yığması ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək matçı Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.

Seçilən
28
5
far.az

8Mənbələr