AZ

Abşeron və Gəncədə mağazaları talayan dəstənin üzvləri saxlanılıb

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib.

Aznews.az xəbər verir ki, naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.

Seçilən
13
3
aznews.az

6Mənbələr