AZ

ABL: “Quba” “Lənkəran”ı, “Naxçıvan” “Sərhədçi”ni məğlub etdi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Quba” “Lənkəran”ı (86:68), “Naxçıvan” “Sərhədçi”ni (65:57) məğlub edib

Xatırladaq ki, daha öncə “Sumqayıt” “Ordu” ilə görüşdə gözlənilməz qələbəyə (100:96) sevinmişdi. Tura yanvarın 25-də yekun vurulacaq.

A qrupu: Abşeron Lions – 25. Sabah – 23. Neftçi – 18. Gəncə – 17. Şəki – 15. NTD – 13.

B qrupu: Ordu – 27. Naxçıvan – 25. Sumqayıt – 19. Quba – 19. Lənkəran – 18. Sərhədçi – 18.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
43
36
arena.az

10Mənbələr